Nəsimi rayonu Tbilisi pr.3007/20 yanvar metrosunun velotrek tərəfə olan çıxışı.
Qeydiyyat

Tez-tez verilən suallar

SMART CUSTOMS

Hörmətli istifadəçi, gömrük qanunvericiliyinə edilən son dəyişikliyə əsasən bağlamanız "Xarici anbardadır" statusu aldıqdan sonra yeni tətbiq olunan "Smart Customs" mobil proqram təminatı və ya e.customs.gov.az vasitəsi ilə məhsulunuzu sizə təqdim edəcəyimiz "WNX" ilə başlayan izləmə nömrəsini (bağlama nömrəsini) qeyd etməklə (məs: WNX44221234) bəyan etməyiniz mütləqdir. Əks halda bağlamanız Bakıya göndərilməyəcəkdir.

“Smart Customs” mobil tətbiqindən və ya e.customs.gov.az veb saytından bəyanetmə «ASAN Login» sisteminə daxil olmaqla yalnız «Fərdi identifikasiya nömrəsi» (FİN), «Elektron-imza» və ya «ASAN İmza» vasitələri ilə mümkündür. Autentifikasiya vasitələrindən müvafiq olaraq biri seçilməlidir. "Bağlamanız xarici anbardadır" SMS bildirişini aldıqdan sonra bağlamanızı bəyan edə bilərsiniz.

Bağlamanızın tərkibində olan məhsul barədə ətraflı məlumat almaq üçün şəxsi kabinetinizdə "Bağlamalarım" bölməsinə daxil olduqdan Bağlamalarınız haqqında bütün məlumatları Smart Customsa qeyd edə bilərsiniz.

Qeyd 1: Şəxsiyyət vəsiqənizin vaxtı bitdiyi halda, mobil nömrə sizin adınıza olmadığı halda «ASAN Login» sistemində qeydiyyatdan keçmək mümkün olmayacaq. Proqram təminatına daxil olduqda şifrənizi daxil etdikdən sonra “Mən robot deyiləm” xanası işarələnməlidir.

Qeyd 2: Smart Customs vasitəsi ilə Bəyan olunmayan bağlamaları Qanunvericiliyin tələbinə əsasən Azərbaycana göndərə bilmirik.

Aşağıda olan linkə keçid edərək tətbiqi endirə bilərsiniz.

Android: https://play.google.com/store/apps/details?id=com.crocusoft.smartcustoms
IOS: https://apps.apple.com/us/app/smart-customs/id1500376466
Web: https://e.customs.gov.az

Yük anbarda nə qədər saxlanılır?

Sizin bağlamanız bizim xarici və yerli anbarın hər birində yalnız 15 gün saxlanılır. Daha sonra isə yükün saxlandığı hər gün üçün elavə 0.5 manat tətbiq olunacaq. 30 gündən sonra isə bağlama ləğv ediləcək.

Sifarişlərimi necə izləyə bilərəm?

Onlayn mağazalardan aldığınız məhsulu Türkiyə anbarımıza daxil olduqdan sonra Winex şəxsi kabinetinizdə “Bağlamalarım bölməsindən izləyə bilərsiniz.

Hansı məhsullar gətirilmir?

Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş məhsullar aşağıdakılardır:

  • Hər cür silah növləri, döyüş sursatı, (ov silahları üçün sursatlar istisna edilməklə) hərbi təyinatlı bütün əşyalar, hərbi texnika.
  • Radioaktiv maddələr, narkotik və psixotrop maddələr və onlardan istifadə üçün ləvazimat, müxtəlif zəhərləyicilər.
  • Spirtli içkilər, tütün və tütün məmulatları.
  • Xüsusi məxfi rabitə vasitələri, gizli kamera, gizli səs yazma, dron və digər casus avadanlıqlar.
  • Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.

Ofisiniz harada yerləşir?

Ofisimiz Nəsimi rayonu Tblisi prospekti 3007

20 Yanvar metrosunun Velotrek çıxışından 50 metr aşağıya Bravoya düşən yolun sol tərəfində Navastroykanın altında yerləşir.

Çatdırılma haqqı necə hesablanır?

Sifariş olunan bağlamanın Daşınma haqqı  fiziki çəki əsasında hesablanır və alınan göstəricilərdən böyük olanı daşınma haqqının hesablanması üçün əsas çəki kimi qəbul edilir.

Nə qədər məbləğdə sifariş edə bilərəm?

Azərbaycan Respublikası qanunvericiliyinə görə, fiziki şəxslər 30 təqvim günü ərzində kommersiya məqsədi olmadan 300 ABŞ dolları məbləğində  rüsumsuz limitdən istifadə edə  bilərlər.

Ödəməni necə edirəm?  

Saytımızda sifariş et bölməsindən linkləri göndərdikdən sonra Sifarişlərim bölməsində göndərdiyiniz məhsulun ödənişini TL balansına Plastik Kart vasitəsi ilə artırmaqla ödəniş edə bilərsiniz. Bağlamanıızın çatdırılma ( Karqo)haqqını ödəmək üçün isə Balansı artır  bölməsindən AZN balansınızı artıraraq ödəniş edə bilərsiniz.AZN balansına Plastik Kart vasitəsi ilə və ya E- manat və Milliön ödəniş terminalları vasitəsi ilə artıra bilərsiniz.

Sifarişim neçə günə çatdırılır ?

Sifarişiniz Satıcı firma tərəfindən Bizim Türkiyədəki ofisimizə çatdırıldıqdan sorna 7-10 gün ərzində məhsullar Bakı ofisimizdə olur.Həftə sonları və rəsmi bayram günləri çatdırılma müddətini uzada bilər.

Türkiyədən necə sifariş edə bilərəm?

Əgər siz öz kartınızla məhsul sifariş etmək istəyirsinizsə, ilk olaraq saytımızdan qeydiyyatdan keçməlisiniz. Daha sonra satıcı firma tərəfindən Sizdən tələb olunan ünvan bölməsinə bizim Türkiyə ofisimizin ünvanımızı qeyd edirsiniz.Türkiyə ofisimizin ünvanı Şəxsi kabinetinizdə olan “Türkiyədəki ünvanım” bölməsindən əldə edə bilərsiniz.Sizdən Onay Kodu isteniləcək və buda mobil tətbqimizdə Onay  kodu bölməsindən və ya dərhal bizimlə (0704300878)nömrəmizlə əlaqə yaradıb və ya Winex mobil tətbiqində onay kodu bölməsindən  əldə edə bilərsiniz.